10.01.2017-ci il tarixdə Xocalı rayon Təhsil şöbəsində Xocalı rayon təhsil müəssisələrində 2016-cı ildə görülən işlər barədə Xocalı RTŞ-nin HESABAT iclası keçirildi. Hesabat iclasında Xocalı rayon İH-nin başçısının müavini Lamiyə Qarayeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ziya Əliyev və rayonun təhsil işçiləri iştirak etdilər.
Hesabatı aparmaq üçün sədr Xocalı rayon Təhsil şöbəsinin müdiri Şakir Əliyev, katib isə şöbənin metodisti Aliyə Abışova seçildikdən sonra şöbə müdiri Şakir Əliyev 2016-cı ildə görülən işlər barəsində məruzə ilə çıxış etdi. Şakir müəllim bildirdi ki, 2016-cı il ərzində Xocalı RTŞ-nin tabeliyində 12 tam orta, 1 UYM fəaliyyət göstərmişdir. Rayonun təhsil müəssisələrindən Qaçqınların və Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması” Dövlət Proqramına uyğun olaraq yeni inşa olunmuş müasir tipli binalarda yerləşir. Bu, Qaçqın və məcburi köçkünlərə dövlətimizin böyük diqqət və qayğısının təzahürüdür. Yeni inşa olunmuş məktəb binalarındanikisinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevcənabları iştirak etmişdir. Bu, rayon ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbət hissi ilə qarşılanmış, Ölkə Başçısının vətəndaşlara, məcburi köçkünlərə diqqət və qayğısının təzahürü kimi dəyərləndirilmişdir. Uyğunlaşdırılmış binada fəaliyyət göstərən Xocalı şəhər 2 saylı tam orta məktəb, Kərkicahan qəsəbə, Qaragav kənd tam orta məktəbləri üçün də gələcəkdə müasir tipli binalarinşa olunacaqdır.
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan müddəaların mərhələ ilə həyata keçirilməsi nəticəsində respublika təhsilində olduğu kimi Xocalı təhsilində də əsaslı irəliləyişlər nəzərə çarpmaqdadır. 2015-2016-cı tədris ilində rayonun təhsil müəssisələri Xocalı rayon əhalisinin daha çox kompakt şəkildə məskunlaşdığı 5 bölgədə (Bakış, Gəncəş, Şəki ş, Goranboy rn, Oğuzr.n) fəaliyyət göstərir. 2015-ci ilin sentyabrından şagird kontingenti olmadığı üçün Bərdə şəhərində yerləşən Kosalar kənd ibtidai məktəbin fəaliyyəti dayandırılmışdır.
Tədris ilinin əvvəlində rayonumuzun ümumtəhsil məktəblərində 144 sinif komplektində 1392 nəfər (onlardan 8 nəfəri evdə fərdi təhsilə cəlb olunmuşsağlamlıq imkanları məhdud şagirdlərdir) şagirdin təlim-tərbiyəsi ilə 291 nəfər müəllim məşğul olmuşdur. Xocalı rayon UYM-də 10 qrupa 150 nəfər şagird cəlb olunmuşdur.
2016-cı ilin yay dövründə Xocalı rayon Qaragav kənd tam orta məktəbinin binasında Təhsil Nazirliyinin 8 saylı ƏMHM tərəfindən əsaslı təmir işləri görülmüşdür. Digər məktəblər də pedaqoji kadrların köməkliyi ilə yeni dərs ilinə hazır vəziyyətə gətirilmişdir. Məktəblərin tələbatına uyğun olaraq Təhsil Nazirliyinin 8 saylı ƏMHM tərəfindən lazımi dəftərxana ləvazimatları, təsərrüfat avadanlıqları, qış yanacağı, odun sobaları alınaraq məktəblərə verilmişdir.
Tədris ilinin sonunda respublikanın, eləcə də rayonumuzun ümumtəhsil məktəblərinin IX siniflərində 2 fənn üzrə-ana dili və riyaziyyat, XI siniflərində 3 fənn üzrə-ana dili, riyaziyyat, xarici dil fənlərindən mərkəzləşdirilmiş qaydada cavab kartı tətbiq edilməklə TQDK tərəfindən keçiriləcək buraxılış imtahanlarına hazırlıq məqsədilə Xocalı RTŞ-də əmr imzalanmış, əmrdə buraxılış imtahanları modelinə uyğun suallar əsasında sınaq imtahanlarının keçirilməsi bir vəzifə olaraq RTŞ-nin əməkdaşlarına və məktəb direktorlarına tapşırılmışdır. 2016-cı ilin dekabr ayında RTŞ-nin metodkabinet işçiləri tərəfindən Goranboy rayonu və Gəncə şəhəri ərazisində yerləşən rayonun 8 məktəbinin IX sinif şagirdləri arasında buraxılış imtahanlarının yeni modelinə uyğun sınaq imtahanları keçirilmişdir. Nəticələr barədə məktəb direktorlarına məlumat verilmişdir. Təhsil Nazirinin əmrinə uyğun olaraq V-VIII və X siniflərdə sinifdən-sinfə keçirmə imtahanları ləğv olunmuş, yalnız IX və XI siniflərdə buraxılış imtahanları aparılmışdır. V-VIII və X sinif şagirdləri illik qiymətlər əsasında məktəb pedaqoji şuralarının qərarı ilə yuxarı sinfə keçirilmişdir.
2015-ci ildə rayonun tam orta məktəblərini bitirən 119 şagirddən qəbulun səviyyəsi 34 %, 2016-ci ildə isə 36% olmuşdur. Cədvəldən də göründüyü kimi Xocalı şəhər 2 saylı, 5 saylı, Qaragav kənd tam orta məktəblərinin göstəriciləri qənaətbəxş deyil, rayonun orta göstəricisindən aşağıdır. Bu məktəblərdə ali məktəblərə qəbul olanların sayı məzun sayına görə aşağı səviyyədədir. Ali məktəblərə qəbul imtahanında 2015-ci il məzunlarından 5 nəfəri 500-dən yuxarı, 5 nəfəri isə 600-dən yuxarı, 2016-cı il məzunlarından isə 5 nəfəri 500-dən yuxarı, 2 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
2016-cı il ərzində Xocalı RTŞ-nin işçiləri tərəfindən Xocalı şəhər 3 saylı, 5 saylı, Cəmilli, Qaragav kənd tam orta məktəblərində monitorinq keçirilmiş, aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində məktəb rəhbərlərinə müvafiq tövsiyələr verilmişdir.
2016-cı il ərzində təlim-tərbiyənin çox ciddi pozulması halı qeyd olunmamışdır. Bir çox , köçkünlük problemi ilə üzləşməyimizə baxmayaraq məktəblərdə təlim-tərbiyə günün tələbləri səviyyəsində qurulmuşdur. Bütün çətinliklərə baxmayaraq pedaqoji kollektivlər, eləcə də RTŞ-nin idarə aparatı kollektivi rayon İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin və yerlərdə İcra Nümayəndələrinin yaxından köməkliyi və qayğısı ilə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş, gənc nəslin təlim-tərbiyəsində öz qüvvələrini əsirgəməmişlər.
Tarixi günlər, əlamətdar bayramlar münasibətilə məktəblərimizdə bir sıra tədbirlər həyata keçirilmişdir. 20 yanvar faciəsinin 26-cı, Xocalı faciəsinin 24-cü, 31 mart Azərbaycanlıların soyqırımı günü, eləcə də Xocalı rayonunun kəndlərinin işğalı günləri münasibətilə rayonunun təhsil müəssisələrində dəyirmi masalar, elmi-praktik konfranslar, inşa və rəsm müsabiqələri keçirilmiş, bu tədbirlərin hamı-sında ermə-ni şovinizmi pislənilmiş, məktəblilərə məlumat verilmişdir. Qarşıdan Xocalı faciəsinin 25-ci ildönümü gəlir. Bu il də həmişə olduğu kimi faciə ildönümünün yüksək səviyyədə qeyd olunmasıüçün Təhsil Nazirliyinin, Xocalı rayon İcra Hakimiyyətinin və Xocalı RTŞ-nin birgə tədbirlər planıəsasında işimizi günün tələbləri səviyyəsində quracağıq.
Təhsil Nazirliyinin təlimati məktublarına, əmrlərinə uyğun olaraq hər il olduğu kimi 2016-cı ildə də yeni il, 8 mart Qadınlar bayramı günü, Novruz bayramı, faşizm üzərində Qələbə günü, Ulu Öndər Heydər Əliyevin yubileyi, anım günü, Respublika günü, Milli Qurtuluş günü, Silahlı Qüvvələr günü, Dövlət Müstəqilliyi günü, Konstitusiya günü, Dünya Azərbaycanlılarının Həmrəylik bayramı, Qurban və Ramazan bayramı günləri məktəblərimizin hər birində yüksək səviyyədə qeyd olunmuş, tədbirlərlə bağlı rəsm və inşa yazı müsabiqələri keçirilmiş, ən yaxşı əl işləri və ən yaxşı inşa yazıları ilə seçilən şagirdlərimiz fəxri fərmanlarla təltif olunmuşlar. 2016-cı ilin aprel-may aylarında şagirdlərimizin məskunlaşdıqları bölgələrdə yerləşən hərbi hissələrə ziyarətləri, hərbçilərlə görüşləri, hərbi texnika və silahlarla tanışlığı təşkil olunmuşdur. İl ərzində VIII siniflərdə həftədə 1 saat olmaqla Qarabağın tarixi fənni tədris olunmuşdur. 2016-cı ilin may ayında müəllimlərimiz arasında Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş şahmat yarışı keçirilmiş, 1 nəfər rayon birincisi respublika mərhələsində iştirak etmişdir. Eləcə də 1 nəfər şagirdimiz yubiley münasibətilə Təhsil Nazirliyi tərəfindən keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində iştirak etmişdir. Xocalı rayon Ə. Cavadov adına Cəmilli kənd tam orta məktəbinin VIII sinif şagirdi Quliyeva Piyalə Natiq qızı “Ədəbiyyat biliciləri” müsabiqəsinin respublika mərhələsində həvəsləndirici yerə layiq görülmüşdür.
2016-cı il ərzində məktəblərimiz bina şəraiti və tədris üçün lazım olan ilkin avadanlıqlarla (parta, yazı taxtası,müəllim stol və stulları, kitab rəfləri,şahmat ləvazimatları, dərsliklər və s.) əsasən təmin olunmuşdur. Məktəblərimizdə olan dərslik fondunun və 2015-ci ildə Təhsil Nazirliyindən alınan 64 adda 4429 ədəd dərsliyin hesabına 2015-2016-cı tədris ilində I-XI sinif şagirdlərimizin pulsuz dərsliklərlə təminatı 100% olmuşdur. 2015-2016-cı dərs ilində I-VIII siniflərdə dərs deyən və kursdan keçməsi zəruri olan müəllimlərimiz təlim kurslarında iştirak etmişlər. 2015-2016-cı tədris ilində I-VIII siniflərdə dərslər yeni tərtib olunmuş fənn kurikulumları əsasında tədris olunmuşdur. Bizim təhsil müəssisələrimizdə hal-hazırda 120 kompüter vardır. Bu da hər 12 şagirdə bir kompüter deməkdir.
2016-cı ildəşagirdlərin Azərbaycan tarixi və Azərbaycan coğrafiyasını dərindən öyrənmələrinə diqqət gücləndirilmişdir. Onların Xocalı rayonunun, Qarabağın, eləcə də müvəqqəti məskunlaşdıqları rayonların, kəndlərin tarixi və coğrafiyasını öyrən-mələri təmin edilmişdir. Bu məqsədlə yazılı sorğular, test yoxlamaları, müxtəlif müsabiqə, o cümlədən inşa müsabiqəsi və olimpiadalar, bilik yarışları, bilavasitə şagirdlərin iştirakı ilə aktual sayılan mövzulardan praktik konfranslar , ekskursiyalar təşkil olunmuşdur. Fənlərin tədrisini gücləndirmək məqsədilə müxtəlif səpkili tədbirlər keçirilmişdir. Bütün bu tədbirlərləşagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə nail olunmuşdur. 2016-cı ilin aprelində cəbhə bölgəsində olan gərginlik zamanı pedaqoji kollektivlərimiz daim hərbiçilərimizin yanında olmuş, onlarla görüşlər keçirmişlər. Bu işdə Xocalı şəhər 1 saylı və 4 saylı tam orta məktəbləri xüsusilə fərqlənmişdir.
Ölkə Başçısı İlham Əliyev Cənablarının tapşırığına uyğun olaraq məktəblilərimiz 2016-cı il ərzində 3 dəfə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən gəzintidə iştirak etmişlər. (2 dəfə Quba-Qusar zonasına, 1dəfə Lənkəran-Astara zonasına).
Bir təhsil işçisi olaraq sizi əmin edirəm ki, rayonun təhsil müəssisələrində təlim-tərbiyənin bundan sonra da günün tələbləri səviyyəsində qurmaq istiqamətində var qüvvəmizi əsirgəməyəcəyik.
Sonra məktəb direktorları rəhbərlik etdiyi məktəblərin fəaliyyəti, ali məktəblərə qəbul səviyyəsi və çatışmazlıqlar haqqında məlumatlar verdilər. Qarşılıqlı müzakirə əsasında mövcud nöqsanların aradan qaldırılması üçün rayonumuzun təhsil şöbəsinin müdiri Şakir Əliyev və Xocalı rayon İH-nin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva tərəfindən müvafiq tapşırıqlar verildi.
Lamiyə Qarayeva çıxış edərək Xocalı rayon təhsil müəssisələrinin fəaliyyəti haqqında öz fikirlərini və tapşırıqlarını verdi. O, bildirdi ki, müəllimlər işlərinə məsuliyyətlə yanaşmalı, valideynlərlə daimi əlaqə saxlanılmalıdır. Əlavə olaraq tapşırıq verdi ki, məktəbəhazırlıq qrupunda təhsil alan beşyaşlılara xüsusi diqqət yetirilməlidir. Lamiyə xanım qeyd etdi ki, Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar olaraq hər təhsil ocağında tədbirlər planı hazırlanmalı və İctimai-siyasi və humanitar məsələlər şöbəsinə təqdim edilməlidir. Hazırlanacaq tədbirlər əvvəlki illərdən daha geniş, daha əhatəli hazırlanmalı və KİV-də işıqlandırmağa nail olunmalıdır.
Hesabatın sonunda gündəlikdəki məsələ barədə qərar alındı. Xocalı RTŞ-nin aparıcı məsləhətçisi Nəcəf Həsənov qərar layihəsini oxudu. Qərarın mətni aşağıdakı kimidir.
Q Ə R A R :
1. 2016-cı il ərzində Xocalı RTŞ-nin və onun tabeliyində olan müəssisələrdə görülmüş işlər qə-naətbəxş hesab olunsun.
2. 2015 və 2016-cı illərdə ali məktəblərə qəbul dinamikasında azalma olmuş Xocalı şəhər 2 saylı, 5 saylı, Qaragav kənd tam orta məktəblərin rəhbərləri gerilikləri aradan qaldırmaq istiqamətində təsirli tədbirlər görsünlər.
3. Tapşırılsın RTŞ işçilərinə məktəblərə nəzarəti gücləndirsinlər və 2016-17-ci tədris ilinin II yarımilində rayonun digər məktəblərində də monitorinqlərin keçirilməsini davam etdirsinlər.
4. İclasın qərarı Xocalı rayon İcra Hakimiyyəti Başçısının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri xanım Lamiyə Qarayevaya təqdim olunsun.
Qərar layihəsi yekdilliklə qəbul olundu.